Aparıcı Mühasib

  • Can-Pa
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim etmək;
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında tərtib etmək;
  • Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
  • Statistika, Vergi hesabatlarının (ÖMV, ƏDV) təqdim edilməsi;
  • Vergi orqanları ilə yazışmaların aparılması;
  • E-Qaimə fakturalarının, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Bütün növ mühasibat əməliyyatlarının mikro mühasibatlıq proqramına daxil edilməsi

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə); 
  • Bu sahədə ən az 2 il iş təcrübəsi;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə; Mikro proqramından istifadə bacarığının olması üstünlükdür;
  • Mal Material hərəkətlərinin uçotundan məlumatlı olmalı;
  • Məsuliyyətli, diqqətcil, komandada işləmə bacarığı.
  • Dil biliyi - İngilis dili

Əmək şəraiti:

  • İş günləri-5 günlük, 09:00-18:00,
  • Nahar ilə təmin edilmə,
  • İş yeri:Bakı Şamaxı Şoss., 14-cü km. Hökməli dairəsi yaxınlığı,
  • Qeyd iş yerinə yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək.
  • Əlaqə:0512409568 .

Can-Pa tərəfindən digər vakansiyalar