İnsan Resursları üzrə Menecer

  • Can-Pa
  • Elanın qoyulma tarixi: 04.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin vakansiya ehtiyaclarının analiz edilməsi və işə qəbul proseslərinin operativ icra edilməsi;
  • İşə qəbul kanallarının genişləndirilməsi və dövlət müəssisələri ilə əməkdaşlıqların icra edilməsi;
  • Şirkətin ehtiyat işçi bazasının formalaşdırılması;
  • Təşkilati strukturun biznes ehtiyaclarına uyğunluğunun təmin edilməsi;
  • Şirkət üzrə qanunvericilik əməliyyatlarının icra edilməsinin təmin edilməsi;
  • Şirkət üzrə performans idarəetmə sisteminin tətbiqinin təmin edilməsi;
  • Şirkət üzrə əməkdaşların təlim-inkişaf sisteminin tətbiqinin təmin edilməsi və inkişaf ehtiyaclarına uyğun təlimlərin təşkil edilməsi;
  • İnsan Resursları fəaliyyətinə dair hesabatların tərtib edilməsi və məlumatların yenilənməsinin icra edilməsi;
  • Vəzifə təlimatlarının dövrü olaraq aktuallığının yoxlanılması və təmin edilməsi;
  • Şirkətin nizam-intizam proseslərinin icrasının təmin edilməsi;
  • Şirkətin İnsan Resursları siyasətinin qorunması və fəaliyyətin təmin olunması;

Tələb olunan bilik və bacarıqlar:

  • Müasir İnsan Resursları sahəsi üzrə biliklər;
  • MC Office üzrə yüksək səviyyədə biliklər;
  • ƏMAS ilə işləmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Azerbaycan Respublikasi ƏM üzrə biliklər.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (İqtisadiyyat, Menecment, İnsan Resursları və s.)
  • İş təcrübəsi: Müasir İnsan Resursları İdarəedilməsi üzrə minimum 2 il iş təcrübəsi

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Can-Pa İstehsal sahəsi (Hökməli qəs);
  • Nahar şirkət tərəfindən təmin edilir.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Menecer” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.