SƏTƏMM üzrə nəzarətçi / baş nəzarətçi

İşin təsviri

Təsvir:

  • Müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyin, qayda və normaların, təlimatların, istehsalat sanitariya-gigiyenasının tələblərinə riayət edilməsinə nəzarət etmək.
  • Aşkarlanmış pozuntularla bağlı icrası məcburi olan xəbərdarlıqlar vermək .
  • Əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması və işçilərin sağlamlığının möhkəmləndirilməsi üçün perspektiv və illik planların layihəsinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların tələblərini yerinə yetirmələrinə, xüsusi geyim, ayaqqabı və FMV-dən düzgün istifadə etmələrinə nəzarət etmək.
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək.
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • İşçilərə təhlükəsizlik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏMM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat hazırlamaq.

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi 
  • İstehsalat və metallurgiya sahələrində iş təcrübəsi üstünlükdür
  • MC Office proqramlarında sərbəst istifadə bacarığı
  • İngilis və Rus dili biliyi üstünlükdür