Mal-material üzrə mühasib

  • Veliev MMC
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
  • Debitor və kreditorlarla üzləşmələr aparmaq;
  • Mal-materialların alışı,  geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini izləmək.

Bilik və bacarıqlar:

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi;
  • Müvafiq qanunvericilik, akt və normalarını bilmək;
  • Mükəmməl səviyyədə Excell və LOGO prqramı bilikləri;
  • İstehsalat sahəsində iş təcrübəsi olanlara və Sumqayıt şəhərinə yaxın ərazidə yaşayanlara üstünlük veriləcək;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: Həftənin 6 günü ,6 ci gün qisa iş günü.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Mal-material üzrə mühasib" qeyd edərək göndərə bilərlər.