Avtomatika və Elektronika üzrə mütəxəssis

  • ATS Feed
  • Elanın qoyulma tarixi: 09.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq
  • Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
  • Elektrik  ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək
  • Kommersiya, sənaye və məişət məqsədi ilə elektrik alətləri, avadanlıqları, qurğuları, komponentləri, məhsulları və sistemlərini layihələşdirmək, hazırlamaq, saxlamaq və təkmilləşdirmək
  • Elektrik enerjisini istehsal edən qurğular və paylayıcı sistemlərin, müxtəlif elektrik işlədicilərinin, mühərrik və avadanlıqların işi və təhlükəsizliyinin monitorinq edilməsi üçün nəzarət standartları və proseduraları yaratmaq
  • Elektrik sistemləri üçün elektrik enerjisinin istehsal metodlarını müəyyənləşdirmək, eləcə də mövcud elektrik sistemlərinin müxtəlif elementlərini, maşın və avadanlıqları istismar etmək, saxlamaq və təmir etmək
  • Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək
  • Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək
  • Elektrik nəzəriyyəsinin prinsiplərinin mühəndis layihələrində tətbiqi üçün tədqiqat metodologiyasını planlaşdırmaq və həyata keçirmək 
  • Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələrii, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq
  • Elektron avadanlıqlarında yaranmış nasazlıqların aradan qaldırılmaq.
  • Elektron sxemlərin və hissələrin iş prinsipini bilmək.
  • Avtomatika sistemlərinin iş pirinsipini bilmək.
  • Avtomatika sisteminin quraşdırılması və yaranmış nasazlıqları aradan qaldırmaq.

Vəzifə səriştələri:

  • Mexaniki komponentlər və maşınlar, xüsusən elektrik enerjisi ilə çalışan maşınların ümümi, texniki xüsusiyyətləri və iş prinsiplərini bilməli
  • Etibarlılıq
  • Mənafeləri müdafiə etmə
  • Məsuliyyətlilik və sahiblənmə

Vəzifədən gözləntilər:

  • Kvalifikasiyalar:
  • Təhsil səviyyəsi: Ali 
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3-5 il
  • Dil bilikləri: Azərbaycan dili (əla) 

İş şəraiti:

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı:Razılaşma yolu ilə
  • İş ünvanı:(Ağdaş rayonu, Ləki qəsəbəsi)

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Avtomatika və Elektronika üzrə mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.