Mühasib-Təchizat üzrə mütəxəssis

İşin təsviri

Vəzifə və öhdəlikləri:

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir
  • Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir
  • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır
  • Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir
  • Malların satınalınması, yeni təchizatçıların tapılmasında və qiymət təhlillərin aparılmasında fəal iştirak edir

Tələblər:

  • Ali iqtisadi təhsil
  • Azərbaycan və rus dillərində mükəmməl danışıq bacarıqları (ingilis dili arzuolunandır)
  • Mühasib kimi minimum 1 il iş təcrübəsi (satınalma təcrübəsi üstünlükdür)
  • Beynəlxalq mühasibatlıq bilgiləri
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
  • MS Office proqramlarını yaxşı  bilməli
  • 1C mühasibatlıq-maliyyə modulu ilə və ya digər CRM/ERP sistemləri ilə iş təcrübəsi
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı

Əmək şəraiti:

  • Şəhərin mərkəzində yerləşən ofis
  • 5 günlük iş qrafiki
  • Minimal əmək haqqı 600 AZN + bonuslar
  • Yalnız yerli namizədlər üçün