Mühasib köməkçisi

İşin təsviri

Namizədə Tələblər:

  • Müfaviq sahə üzrə ali təhsil
  • Yaş həddi:  25 - 40 yaş
  • Staj: 2 – 4 il
  • Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
  • 1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 1 il təcrübə.
  • Müəssisə Buzovna qəsəbəsində yerləşir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Məhsulun maya dəyərinin hesablanması
  • Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi
  • Alışlar üzrə mədaxillərin proqrama daxil edilməsi
  • Daxili sifarişlərin yaradılması, yoxlanması, təchizatçıya ötürülməsi, proqram üzrə təsdiqlənməsi
  • İstehsal üçün sifarşlərin icra edilməsi
  • Təchizatçılarla üzləşmə edilməsi və aktların hazırlanması
  • İstehsal və satış üzrə itki aktlarının hazırlanması
  • 1C və xüsusi istehsal proqramı üzrə satışların üzləşdirilməsi
  • Məhsulların təyinata uğun yönləndirilməsi
  • Gündəlik satış sənədlərinin 1C  proqramında işlənilməsi
  • 3 aydan bir proqrama əsasən minimum qalıqların təyin edilməsi
  • Mağazadakı məhsullara qiymət təbiq edilməsi
  • Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
  • İstehsal və ümumi aylıq hesabatların hazırlanması
  • Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.

Əmək haqqı: 600-800 manat (əmək haqqı müsahibə zamanı təcrübəyə əsasən təyin ediləcəkdir, qeyd olunan öhdəliklər üzrə minimum təcrübə mütləqdir).

İş qrafiki: 6 günlük.

Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla göndərmələri xahiş olunur.