Baş hüquqşünas

İşin təsviri

Əmək funksiyası:

  • Universitetin fəaliyyəti ilə əlaqədar qanunvericiliyin düzgün tətbiq edilməsi üzrə şərhlər və tövsiyələr vermək, habelə üçüncü şəxslərlə yaranan hüquqi məsələlərə dair rəylər vermək və hüquqi səciyyə daşıyan sorğulara (daxili və xarici) cavablar hazırlamaq;
  • Universitetdə baş vermiş qanunpozuntuları ilə bağlı rəhbərlik qarşısında məsələ  qaldırmaq;
  • Universitetə daxil olan və universitetin fəaliyyətində tətbiq olunan müqavilə və hüquqi xarakterli digər sənədlərin təhlilini aparmaq, müqavilələrin nümunəvi formalarını hazırlamaq, onların təkmilləşdirilməsini və mövcud olan qanunvericiliyə uyğunlaşdırılmasını təmin etmək;
  • Universitetin daxili korporativ sənədlərinin hazırlanmasını təmin etmək, təlimat, qayda və prosedurların ekspertizasını həyata keçirmək, onlara dair rəy vermək;
  • Təsis sənədlərinə edilmiş dəyişikliyin dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Universitetin mülkiyyətində olan daşınar və daşınmaz əmlakının dövlət reyestrində qeydiyyatını  təmin etmək;
  • Sənədlərin notarial  təsdiqlənməsini  təşkil etmək;
  • Məhkəmə, dövlət orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında universiteti təmsil etmək, onun hüquq və mənafelərinin müdafiə olunmasını təmin  etmək, habelə iddia ərizələri hazırlamaq, məhkəməyə etirazlar təqdim etmək;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın  qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;

Bilməlidir:

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini, mülki, mülki-prosessual, əmək, inzibati-xətalar məcəlləsini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Məsuliyyəti:

  • Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş əmək funksiyasının yerinə yetirmədiyinə  və universitetə vurduğu zərərə görə;
  • Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən  məlumatların qorunmamasına görə;

Hüquqları:

  • Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrdən lazımi mə lumatları (konfidensial hesab edilən məlumatlar istisna olmaqla) almaq;  
  • Şöbənin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək;
  • Əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum):Magistr
  • İxtisası:Hüquqşünaslıq
  • İş təcrübəsi (minimum):Hüquq sahəsində 5 (beş) ildən az olmayaraq  əmək stajı
  • Dil bilikləri:Azərbaycan;  rus və  ingilis dili (arzuolunandır)
  • Sertifikatlar:İngilis dili  səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır)
  • Kompüter bilikləri:MS ofis proqramları
  • İdarəetmə bacarığı Dürüstlük 
  • Məsuliyyət 
  • Yenilikçilik 
  • Peşəkarlıq 
  • Nəticəyönümlülük
  • Analizetmə bacarığı
  • Dəqiqlik