Qeydiyyatçı - Nəzarətçi

İşin təsviri

Əmək funksiyası:

  • İşçilərdən, tələbələrdən və digər şəxslərdən universitetin buraxılış-çıxış rejiminə və daxili nizam-intizam qaydalarına əməl olunmasını nəzarət etmək; 
  • Universitetin tədris binasına daxil olan kənar şəxslərin sənədlərini, qeydiyyata almaq, habelə universitetə gələn qonaqları qarşılamaq, onlara yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmək və məlumatlandırmaq, müvafiq qeydiyyat kitabında müvafiq qeydlər aparmaq;      
  • Universitet daxilində hər hansı qayda pozuntusu olduqda bununla bağlı qeydlər aparmaq, müvafiq akt tərtib etmək və bu barədə tabe olduğu struktura məlumat vermək;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Bilməlidir:

  • Qeydiyyat və Nəzarət işinin təşkilini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Vəzifə tələbləri:

  • Təhsili (minimum): Orta ixtisas
  • İş təcrübəsi (minimum): 1 (bir) ildən az olmayaraq əmək stajı
  • Dil bilikləri: Azərbaycan; rus və  ingilis dili (arzuolunandır)
  • Kompüter bilikləri: MS ofis proqramları