Layihələrin idarə olunması üzrə baş mütəxəssis

  • Code Academy
  • Elanın qoyulma tarixi: 04.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri:

  • Müvafiq təhsil proqramının həyata keçirilməsi üzrə fəaliyyətlər, müddətlər, nəticələr və resurslar daxil olmaqla layihə planlaşdırılması prosesində iştirak;
  • Təhsil layihəsi üçün proqram təşviqi kampaniyalarının, eləcə də potensial tələbələrin müraciət və qəbul prosesinin idarə edilməsi/koordinasiyası;
  • İmtahanların gedişatına nəzarət və müsahibələrin keçirilməsi;
  • Layihə koordinatorlarının fəaliyyətinin planlaşdırılması, əlaqələndirilməsi və idarə olunması;
  • Layihənin hər bir komponentinin və mərhələsinin qrafikə uyğun və müəyyən edilmiş qaydada həyata keçirilib tamamlanması;
  • Layihənin gedişatı boyunca iştirakçılar arasında və proseslərdə yaranan problemlərin müəyyənləşdirilb aradan qaldırılması;
  • Təhsil layihəsi çərçivəsində bütün tədbirlərin təşkilinin əlaqələndirilməsi və icrasının həyata keçirilməsi;
  • Təhsil layihəsinin bütün tərəfdaşları, universitetlər, Code Academy komandası, layihə sifarişçiləri arasında effektiv koordinasiyanın təmin edilməsi;
  • Layihə görüşlərinin və digər kommunikasiya tədbirlərinin koordinasiya edilməsi, həmçinin layihənin gedişatı barədə müvafiq hesabatların hazırlanıb təqdim edilməsi.

Tələblər:

  • Biznesin, layihə idərəolunması və ya oxşar sahələrdə ali təhsil;
  • Layihələrə rəhbərlik və ya idarə olunması sahəsində ən az 3 illik iş təcrübəsi;
  • Layihə idarə edilməsi üçün nəzərdə tutulan proqram təminatlar və alətlərindən hər hansı biri (ClickUp, Bascamp, Jira, və s) ilə işləmə təcrübəsi;
  • Təhsil sektorunda praktik təcrübə (xüsusən İT tədrisi üzrə) arzuolunandır;
  • Güclü təşkilatçılıq bacarıqları (təfərrüata diqqət, vaxt cədvəllərinə əməl etmək daxil olmaqla);
  • Şəxslərarası əlaqə, müxtəlif funksiyalar üzrə komandalar ilə əlaqə qurmaq bacarığı;
  • Güclü analitik zəka, problem həll etmə, qərar qəbul etmə kimi səriştələr;
  • Güclü ünsiyyət bacarıqları (şifahi və yazılı), İngilis dilini peşəkar istifadə bacarığı arzuolunandır;
  • PMP sertifikatı arzuolunandır.