Daxili Auditor

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Audit olunan müəssisə/proses haqqında ilkin məlumatları əldə etmək və təhlil etmək;
  • Biznes prosesləri sənədlər və müsahibələrə əsasən sənədləşdirmək;
  • Biznes proseslərdə təsvir olunan nəzarət sistemlərini yoxlamaq;
  • Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək;
  • Nəzarət sistemlərində olan boşluqların müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək;
  • Audit testlərini həyata keçirmək və dəstəkləyici sənədləri yoxlamaq;
  • Mühasibat yazılışlarının qəbul olunmuş standartlara uyğun aparılmasını yoxlamaq;
  • Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək;
  • Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək. 

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Daxili və ya kənar audit təcrübəsi, pərakəndə satış və istehsalat sektorlarında 2 il maliyyə, mühasibatlıq, büdcə və hesabatlılıq, ;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür. 

Maraqlananlar vakansiya ilə bağlı cv-lərini “Daxili Auditor” başlığı altında göndərə bilərlər.

İşəgötürənin reytinqi