Daxili auditor

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil (Hüquq və ya İqtisadi sahədə);
  • Maliyyə sahəsində ən azı 3 il, yaxud bank/bokt sektorunda ən azı 2 il iş təcrübəsi;
  • Beynəlxalq audit standartları, daxili nəzarət sistemləri və risk idarəetməsi üzrə biliklər;
  • Azərbaycan Respublikası qanunvericiliyi, xüsusilə “Bank olmayan kredit təşkilatları haqqında” Qanun və Mərkəzi Bankın tələbləri barədə məlumatlılıq;
  • Azərbaycan və rus dilləri səlis, ingilis dili arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • DAŞ fəaliyyətlərinin Azərbaycan Respublikası Mərkəzi Bank haqqında Qanun, “Bank olmayan Kredit Təşkilatı haqqında” Qanun, Daxili Audit Təlimatı və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
  • DAŞ-nə rəhbərlik etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qaydaların tərtibi;
  • Risklərin qiymətləndirilməsi əsasında DAŞ planının hazırlanması;
  • Risk qiymətləndirməsinin əsasda auditin icrası;
  • DAŞ planının yekunlaşdırılması və Rəhbərlik tərəfindən təsdiqinə nail olmaq;
  • Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Rəhbərliyin diqqətinə çatdırılması;
  • Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların audit obyekti rəhbərliyi ilə razılaşdırılması;
  • Bütün DAŞ yoxlama hesabatlarının düzgün keyfiyyət və effektiv tərzdə hazırlandığına təminat verilməsi;
  • DAŞ-nın fəaliyyəti haqqında mütəmadi şəkildə Təftiş Komissiyasına məruzə edilməsi və məlumatın çatdırılması;
  • DAŞ tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00.
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili auditor” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2100&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.