Texniki ofis mühəndisi

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənədlər və materiallarla təmin edilməsi;
  • Gündəlik izləmə cədvəlləri, fəaliyyətin təhlili, davamiyyət daxil olmaqla, personalın idarə edilməsinə (sahə işçiləri) nəzarət etmək.
  • Sahə üzrə çertyoj və sxemlərin hazırlanması;
  • Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
  • Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək;
  • Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
  • Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək;
  • Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
  • İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
  • Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək;
  • Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn çertyojları, BOQ və s.).
  • Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək;
  • Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə məsləhətçisinə təhvil verilməsi
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması.
  • Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlanması;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz edilməsi və smeta sənədinin hazırlanması, layihə-smeta sənədlərin vaxtında təhvil verilməsinin təmin edilməsi;
  • Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı
  • Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil
  • Tikinti layihələrinin idarəedilməsi üzrə 3 il iş təcrübəsi
  • Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
  • Müstəqil iş bacarığı,işində məsuliyyətlilik
  • Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;
  • MS Office, AutoCAD 2D/3D, üzrə yaxşı səviyyədə, Autodesk Revit, Oracle primavera üzrə isə ümumi biliklər.

Əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz (texniki ofis mühəndisi) vakansiyanın adını qeyd edəsiniz.