Maliyyə Direktoru

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin resurslarının idarə edilməsinin təşkili
  • Maliyyə axınının idarə edilməsi və maliyyə resurslarının tənzimlənməsi
  • Maliyyə-iqtisadi nəzarət sistemlərinin inkişafı və yaradılması
  • Xərclərin optimallaşdırılması, mənfəətin artırılması, maliyyələşdirmə mənbələrinin müəyyən edilməsi
  • Kredit və investisiya institutları və digər xarici təşkilatlarla lazımi sənədləşmə işləri ilə bağlı danışıqların aparılması
  • Şirkətin maliyyə, iqtisadi və vergi siyasətinin formalaşdırılması
  • Büdcə planlaşdırma prosesinin təşkili
  • Risklərin idarə ediləməsinə nəzarət
  • Şirkətin öhdəliklərini və investisiyalarının təhlil və idarə edilməsi
  • İnvestisiya strategiyalarını planlaşdırılması və həyata keçirilməsi
  • Fandreyzinq planlarını və kapital strukturunu idarə edilməsi
  • Maliyyə KPI-lərini müəyyənləşdirilməsi
  • İnvestisiyaların qiymətləndirilməsi və idarə edilməsi
  • Pul vəsaitlərinin hərəkətinə, ödənişlərə nəzarət
  • Nağd pul axınının uyğun və davamlı olmasının izlənmə və təmin edilməsi
  • Proqnoz hesabatların hazırlanması və təqdim edilməsinə nəzarət
  • Mühasibat uçotu prosedurlarının idarə edilməsi

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali maliyyə və ya iqtisadi təhsil
  • Ən azı 5 il peşəkar iş təcrübəsi
  • Müəssisənin maliyyə fəaliyyəti sahəsində qanunvericilik aktları
  • Müəssisənin fəaliyyətinin təşkili prinsiplərini
  • Büdcənin tərtibi qaydaları
  • Maliyyə alətləri sistemi
  • Kapitalın idarə edilməsi prinsipləri
  • Aktivlərin, gəlirliliyin, risklərin qiymətləndirilməsi üsulları
  • Şirkət üçün kreditlərin verilməsi və investisiyaların cəlb edilməsi qaydası
  • Resursların bölüşdürülməsi metodologiyası
  • Pul vəsaitlərinin hərəkətinə, gəlir və xərclərə nəzarət qaydaları
  • Vergi qanunvericiliyinin tələbləri
  • Mühasibat uçotu
  • Maliyyə uçotu standartları
  • Maliyyə hesabat formaları 

Üstünlük verilən bacarıq və keyfiyyətlər:

  • MBA və ya maliyyə sahəsində magistr dərəcəsi
  • Beynəlxalq maliyyə təcrübəsi
  • İnvestorlarla əlaqələr sahəsində təcrübə
  • CPA (Sertifikatlı İctimai Mühasib), CFA (Chartered Financial Analyst) və ya CGMA (Chartered Global Management Accountant) kimi peşəkar sertifikatlar.

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 03 noyabr 2023-cü il tarixinədək mövzu hissəsində “Maliyyə Direktoru” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.