Aparıcı mühasib

  • Caspos MMC
  • Elanın qoyulma tarixi: 02.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə aid qoyulan tələblər:

  • Təhsil: Ali;
  •  Yaş: 25-35 ;     
  • Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;  
  •  MS Office proqramlarını yaxşı bilməli;
  • ERP bilikləri olanlara üstünlük verilir;
  • “F3” sertifikatının olması üstünlükdür

Öhdəliklər: 

  • Vergi hesabatlarının hazırlanması (ƏDV,ÖMV, Vahid (DSMF), statistika, mənfəət və  digər dövlət hesabatları; 
  • Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
  • Kreditor,debitor borclarına nəzarət edilməsi,vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib olunması;
  • Ödəniş tapşırıqlarının hazırlanması;
  • Ödənişlərin olunması, internet bankla işləmə bacarığı;
  • Elektron qaimələrin kəsilməsi, sənədlərin uçotunun aparılması (hesab-faktura,təhvil-qəbul aktı, qiymət razlışma protokolu və.s);
  • Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması;
  • Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.

Şəxsi keyfiyyətlər:

  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
  • Məsuliyyətli və təşəbbüskar olmalı;
  • Diqqətli və punktual olmalı;  
  • Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti. 
  • Kollektivlə işləyə bilməli;
  • Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Tapşırıqları operativ icra etmə qabiliyyəti; 
  • Loyallıq və punktuallıq

Əlavə məlumatlar:

  •  Əmək haqqı: 1200-1500 net
  • İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;                                                                     
  • Korporativ nömrə və danışıq balansı;
  • “ACCA” imtahanlarına girişin ödəniş haqqının şirkət tərəfindən qarşılanması;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində  “ Aparıcı mühasib” sözünü qeyd edərək  göndərsinlər.