Layihə meneceri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 02.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Təsdiqlənmiş Strateji plan əsasında əməliyyat planının tərtib olunması ilə bağlı departament və müstəqil struktur bölmələrinə onların əlaqəli olduğu təşəbbüslər haqqında məlumat təqdim edilməsi və əməliyyat planının tərtib olunması prosesinin başlanması barədə məlumatın verilməsi, eləcə də müvafiq formanın bütün struktur bölmələrə göndərilməsi;
  •  Əməliyyat planının tərtib edilməsi üzrə formanın bütün struktur bölmələrə göndərilməsi;
  • Layihə sonrası qiymətləndirmə işlərinin aparılması məqsədilə bütün zəruri məlumatları aidiyyatı strukturlardan toplamaq və müvafiq sənədləri hazırlamaq (Post Project Evaluation);
  • Layihə tamamlandıqdan sonra öncədən müəyyən olunan vaxtlarda layihənin qiymətləndirilməsi;
  • Layihələr üzrə tender və müsabiqələrin təşkilində və keçirilməsində, vendorlarla işin təşkili prosesində iştirak etmək;
  • İH-nın qərarlarının, İH sədrinin əmrlərinin, İH üzvünün (kurasiya üzrə) və departament direktorunun Şöbənin fəaliyyət sahəsinə aid tapşırıq və göstərişlərinin yerinə yetirilməsi;
  • Daxil olmuş əməliyyat planlarının yekun layihələrini təsdiqlənmiş strateji planla uyğunlaşdırılması və uyğunsuzluqlar olduğu təqdirdə əməliyyat planını dəqiqləşdirilmək məqsədi ilə yenidən struktur bölmə rəhbərləri ilə müzakirənin olunması və yekun düzəlişlərin razılaşdırılması;
  • Şöbələrin illik əməliyyat planlarının kurasiya üzrə müvafiq İdarə Heyəti üzvlərinə təsdiq üçün təqdim edilməsi, əməliyyat planının təsdiqlənməsi, eləcə də əməliyyat planının monitorinqi üzrə hər ayın ilk iş günü müvafiq struktur bölmələrə əməliyyat planında nəzərdə tutulmuş işlər barəsində sorğu göndərilməsi, və monitorinq əsasında toplanmış məlumatlar əsasında müvafiq formanın doldurulması;
  • Cəmiyyət üzrə müvafiq layihələr üzrə hesabatlar hazırlamaq və mütəmadi olaraq rəhbərliyə təqdim etmək;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Layihələrin idarəolunması üzrə 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İqtisadiyyat və idarəetmə, İnformasiya texnologiyaları üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
  • Üstünlüklər: PMP, PMI-ACP sertifikat sahibləri
  • Kompüter bilikləri: MS Project:əla, MS Office:orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, təsirgöstərmə, planlaşdırma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi