İşəqəbul üzrə baş mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın strategiyası və əməliyyat planına uyğun olaraq İşəqəbul Planının formalaşdırılması və idarə edilməsi;
  • İşəqəbul siyasəti və prosedurların nəzərdən keçirilməsi və yenilənməsi;
  • Vakant vəzifələrə yüksək potensiallı namizədlərin cəlb edilməsi və işə qəbulunun təmin edilməsi;
  • İşəqəbul prosesi çərçivəsində namizədlərin ilkin seçimi, testləşməsi və müsahibələrin təşkili;
  • İşəqəbul sahəsi ilə bağlı həftəlik və aylıq hesabatların hazırlanması və təqdim olunması;
  • Təcrübə proqramlarının təşkili və idarə edilməsi;
  • Əməkdaşların bankdaxili sahələr üzrə yerdəyişmələrinin idarə edilməsi;
  • Yeni əməkdaşlar üçün adaptasiya proqramının (Onboarding) təşkili və həyata keçirilməsi;
  • Yeni əməkdaşların sınaq müddətinin idarə edilməsi;
  • Bankı potensial namizədlərə tanıtmaq məqsədilə əmək yarmarkarları və digər tədbirlərdə iştirak;
  • İşəqəbul sahəsi ilə bağlı sorğuların cavablandırılması;
  • Rəhbərlik tərəfindən sahə üzrə verilən digər tapşırıqların icrası. 

Namizədə qarşı mütləq tələblər:

  • Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya sahələri üzrə arzuolunandır);
  • İnsan resurslarının işəqəbul istiqaməti üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə mütləqdir;
  • İşəqəbul prosesi və prosedurları üzrə yüksək səviyyədə biliklər;
  • Səriştə əsaslı müsahibə haqqında biliklər;
  • Danışıqlar aparmaq bacarığı;
  • Çoxfunksiyalılıq, problem həlletmə və qərar vermə bacarığı;
  • İnandırmaq və təsir etmək bacarığı;
  • Təhlil etmək, yazılı məlumat və hesabat vermək bacarıqları.

Arzuolunan tələblər:

  • SHRM və ya CİPD sertifikatı olanlara üstünlük veriləcəkdir; 
  • Bank sahəsində təcrübə arzuolunandır;
  • Yüksək səviyyədə idarəetmə, planlama, icraçılıq qabiliyyəti;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində İşəqəbul üzrə baş mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi