Data analitik (aparıcı mütəxəssis)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
  • Məlumat bazalarından əldə ediləcək statistik datanı davamlı əsaslara təmizləyir, strukturlaşdırır müxtəlif təhlillər aparır və vizuallaşdıraraq, mütəmadi hesabatlar təqdim edir; 
  • Yeni biznes tapşırıqlarının icrası üçün SQL sorğularının yazılması və optimallaşdırılması tapşırıqlarını icra edir; 
  • Tabluar modelin qurulması və təkmilləşdirilməsində müxtəlif tapşırıqları icra edir; 
  • Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması;

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə ən az 2(iki) il iş təcrübəsi;
  • Təhsil: Ali (Riyaziyyat, Kompüter mühəndisliyi, Biznes analitikası, Data analitikası, Analitika);
  • Xarici dil: İnglis dili (yaxşı), Rus dili(yaxşı);
  • Yüksək səviyyədə SQL (MSSQL, T-SQL) dili bilikləri (analitik funksiyalarla işləmə bacarığı); 
  • Yüksək səviyyədə Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot, MS visio bilikləri; 
  • Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodlarını bilməli;

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Problem həlletmə
  • Keyfiyyət yönümlülük
  • Analitik düşüncə

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.
  • İş yeri: Baş ofis (Dilarə Əliyeva, küç. 230, Bakı, AZ 1010)

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 10.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır