Aparıcı İT Biznes Analitik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif maraqlı tərəflərdən tələblərin toplanılması, təhlili və sənədləşdirilməsi
  • Ödəniş sistemləri, e-Wallet və terminallar üzrə inteqrasiya və funksional dəyişikliklərin layihə çərçivəsində icrasına dəstək göstərilməsi
  • Layihələr üzrə texniki və funksional sənədlərin hazırlanması (BRD, SRS, User Story, Acceptance Criteria və s.)
  • Dəyişiklik təkliflərinin biznes təsirinin təhlili, alternativ həll yollarının qiymətləndirilməsi və uyğun istiqamətlərin müəyyən edilməsi
  • Proqramlaşdırma, Sistem analitik, Biznes İnkişaf və digər aidiyyatı komanda üzvləri ilə sıx əməkdaşlıq edərək tələblərin düzgün interpretasiyasının təmin olunması
  • Şirkətin fəaliyyət sahələrinə uyğun analitik araşdırmaların aparılması və proseslərin optimizasiyası üçün təkliflərin hazırlanması
  • SDLC çərçivəsində layihələrin bütün mərhələlərində iştirak
  • Müxtəlif analitik metodlardan istifadə etməklə mövcud proseslərin qiymətləndirilməsi

Namizədə qoyulan tələblər:

  • Ödəniş sistemləri, bank əməliyyatları və ya FinTech sahəsində minimum 2 il iş təcrübəsi
  • UML və BPMN üzrə bilik və praktiki təcrübə
  • Jira, və oxşar project/task idarəetmə alətləri ilə iş təcrübəsi
  • Web Servislərlə işləmək bacarığı, SOAP və REST API-lər üzrə bilik və təcrübə
  • Swagger və Postman ilə işləmə təcrübəsi
  • API serverlərə sorğulama və JSON/XML data formatları ilə işləmək bacarığı
  • Məntiqi, analitik və sistemli düşüncə yanaşması
  • Güclü kommunikasiya, sorğulama, fasilitasiya və komanda ilə işləmək qabiliyyəti
  • MS Office (Word, Excel, PowerPoint) bilikləri
  • Ali təhsil;

Dil bilikləri:  

  • İngilis dili – B1 (Intermediate) ; 
  • Rus dili – B1 (Intermediate);

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar xərcinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.