SQL&Bİ Administrator

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 28.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyətin balansına daxil olan məlumat bazası idarəetmə sistemlərinin  (PostgreSQL,MS SQL Server,Mongo DB) ehtiyat nüsxələrinin cəmiyyətin proseduruna uyğun saxlanılmasına nəzarət etmək,ehtiyac olduğu zaman köhnə ehtiyat nüsxələrin bərpa olunması, yoxlanılmasını  təmin etmək;
  • Cəmiyyətin balansına daxil olan kritik məlumat bazası idarəetmə sistemlərinin  (PostgreSQL,MS SQL Server,Mongo DB) dayanıqlılığının təmin edilməsi(High Avalibility),fəlakət bərpa (Disaster recovery)senariyalarının hazırlanması və yoxlanılmasını işinin təşkili;
  • Cəmiyyətin balansına daxil olan məlumat bazası idarəetmə sistemlərinin  (PostgreSQL,MS SQL Server,Mongo DB) istifadəçi ehtiyaclarının müəyyən olunmasına, məlumatın rahat və sürətli  əldə olunmasına (optimallaşdırmaq), statistikanın və performansın saxlanmasına nəzarət etmək;
  • Məlumat bazası idarəetmə sistemlərinin  (PostgreSQL,MS SQL,Mango DB) movcud gündəlik\həftəlik\aylıq texniki tapşırıqlarının (Job) icrasına nəzarət etmək,avtomatlaşdırmaq və ehtiyac olduğu təqdirdə yeni tapşırıqlar (Job) yaratmaq;
  • Cəmiyyətin balansına daxil olan məlumat bazası idarəetmə sistemlərinin  (PostgreSQL,MS SQL Server,Mongo DB) təhlükəsizliyinin təmin edilməsi,birbaşa bazaya icazəsi olan istifadəçilərin icazələrinin tənzimlənməsi,məxfi məlumatların qorunması;
  • Məlumat bazası üzrə dəyişikliklərin idarəolunması (Change management);
  • Fəaliyyət zamanı aşkar olunan əməliyyat riski və ya insident barədə əlaqəli strukturu məlumatlandırmaq.
  • Fövqəladə hallar zamanı informasiya sistemlərinin işinin təşkili;
  • Bash scripting,Command- Line&shell scripting

Namizədə olan tələblər:

  • İş təcrübəsi: SQL&Bİ sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası:  Texniki sahə üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
  • Kompüter bilikləri: MSSQL(T-SQL): əla, PowerShell: əla, PostgreSQL: əla, SSIS: orta, SSRS: orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi