Elektrik montyoru

İşin təsviri

Təsvir:

  • Avadanlıqlara, aparatlara və digər inventarlara texniki xidmət göstərmək, onların profilaktikasını və təmir işlərini görmək;
  • Texniki avadanlıqların istismarını və təmirini, avadanlıqları istehsal edən zavodun təlimatına uyğun aparmaq;
  • Elektrik avadanlıqlarının və elektrik şəbəkəsinin sabit və fasiləsiz işləməsini, düzgün istismar olunmasını və vaxtı-vaxtında təmirini təmin etmək;
  • Elektrik avadanlıqlarının iş şəraitini öyrənmək, elektrik itkilərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
  • Enerji sisteminin maksimal yüklənmə saatlarında elektrik şəbəkəsinin qeyri-bərabər yüklənməsi hallarını aradan qaldırmaq və obyektin normal işləməsi üçün müvafiq tədbirlər görmək;
  • Elektrik Qurğularının Təhlükəsizlik Texnikası və Texniki İstismar Qaydalarına ciddi riayət etmək;
  • Növbə ərzində yerinə yetirilmiş bütün işlərin qeyd olunduğu elektrikin növbətçilik kitabını doldurmaq;
  • Elektrik yüklənməsini torpağa ötürən sistemin müqavimətini ildə bir dəfədən az olmayaraq yoxlamaq və nəticəsini protokollaşdırmaq;
  • İşçilərini elektrik sahəsində təhlükəsizlik mövzuları ilə əlaqədar daim təlimatlandırmaq, bu qaydaların ciddi surətdə yerinə yetirilməsinə nəzarət etmək;
  • Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili;
  • Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi;
  • Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularının seçilməsinin təşkili və həyata keçirilməsi;
  • Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi; 
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması. 

Tələblər:

  • Müvafiq sahə üzrə təhsil;
  • Müvafiq sahə üzrə 1-3 il iş stajı;
  • Elektrotexnika üzrə ümumi anlayışı olmalıdır.
  • Sadə elektrik sxemləri oxumağı və çəkməyi bacarmalıdır.
  • Elektrik təhlükəsizliyi üzrə ümumi anlayışı olmalıdır.