İnzibati işlər üzrə kiçik mütəxəssis / Əvəzçilik / lll qrup əlillər

  • Elanın qoyulma tarixi: 20.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Korporativ sosial məsuliyyəti, müxtəlifliyi və inklyuzivliyi təşfiq etmək məqsədilə lll qrup əlilliyi olan şəxslərə bərabər məşğulluq imkanları təqdim olunur.

İş qrafiki:

  • İş vaxtı nahar fasilələrini çıxmaq şərtilə ayda 16-20 saat.
  • İş saatları əmək münasibətləri prosesində aylıq cədvəllər vasitəsilə işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında  müəyyən edilir.
  • İş vaxtı İşəgötürən və İşçinin müvafiq qarşılıqlı razılığına əsasən və Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə uyğun olaraq dəyişdirilə bilər.
  • Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.

Əsas vəzifə öhdəlikləri:

Bu vəzifə kargüzarlıq və inzibati məsuliyyətlərin birləşməsini, həmçinin sosial media platformalarını idarə etmək bacarığını tələb edir.

  • Kargüzarlıq və İnzibati Vəzifələr: Hesabatların, təqdimatların və digər sənədlərin hazırlanmasında köməklik etmək.
  • Daxili Sosial Medianın İdarəedilməsi:
  • Daxili sosial media platformaları üçün cəlbedici və müvafiq məzmunların yaradılması;
  • Daxili sosial mediada şərhlərin və mesajların izlənilməsi və cavablandırılması.
  • İnzibati Dəstək:
  • Müxtəlif layihələri və təşəbbüsləri dəstəkləmək üçün komanda üzvləri ilə əməkdaşlıq.

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Natamam ali, Peşə təhsili;
  • Bakalavr və Magistr dərəcəsi üstünlük təşkil edir;
  • Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə;
  • İş təcrübəsi tələb arzuolunandır;
  • Ofis proqramlarında işləmək bacarığı;
  • SMM alətləri haqqında biliklər;
  • Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı;
  • Yaradıcılıq və cəlbedici sosial media məzmunu yaratmaq bacarığı;
  • Detallara diqqət.

Arzu olunan Bacarıqlar:

  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Məsuliyyət, dəqiqlik və detallara diqqət;
  • Komandada və müstəqil şəkildə səmərəli işləmək bacarığı.

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi;
  • Yetkinliklərin yoxlanmasına dair Müsahibə.

Müraciət qaydası:

  • Bu vakansiyaya yalnız Azərbaycan Respublikasının vətəndaşları, lll qrup əlillər müraciət edə bilərlər.
  • Müraciət üçün CV və əlilliyə dair sənədinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur.
  • Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.