Linux Instructor

  • Coders Azerbaijan
  • Elanın qoyulma tarixi: 20.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təhsil və ixtisaslaşma:

  • Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr təhsili.
  • CompTIA Linux+, Red Hat Certified Engineer (RHCE),  CompTIA Linux+, LPIC, or Red Hat Certified Engineer (RHCE) və s. kimi sertifikatlardan birinə və ya bir neçəsinə malik olmaq.

Peşəkar təcrübə:

  • Linux əməliyyat sistemlərinin qurulması (installation), sazlanması, əməliyyat sistemi səviyyəsində təhlükəsizliyinin təmin olunması, problemlərin aradan qaldırılması və scriptlərin yazılmasında praktiki təcrübə.
  • Linux əməliyyat sistemlərinin (Red Hat, CentOS, Ubuntu və s.) inzibatçılığı sahəsində təcrübə ən azı 3-5 il təcrübə.

Tədris və Ünsiyyət Bacarıqları:

  • Bilik və bacarıq səviyyələri fərqli olan tələbələrə mürəkkəb texniki anlayışları effektiv şəkildə çatdırmaq üçün güclü ünsiyyət bacarıqları.
  • Tədris metodunda müxtəlif öyrənmə üsullarından istifadə etmək, dərsləri cəlbedici və interaktiv təşkil etmək bacarığı.
  • Davamlı şəkildə tələbələrin öyrənmə prosesini dəstəkləmək, onların suallarını cavablayarkən və üzləşdikləri problemləri həll edərkən səbr nümayiş etdirmək.
  • Tələbələrin problemlərini həll etmək və suallarına effektiv cavab vermək üçün güclü problem həll etmə bacarıqları.

Tədris proqramının hazırlanması:

  • Mühazirələr, tapşırıqlar, laboratoriyalar, yoxlama sualları və layihələr daxil olmaqla kursu materiallarının layihələndirilməsi və hazırlanması bacarıqları.
  • Linux əməliyyat sistemləri ailəsini təqib etmək, ən son versiyalar, alət və texnologiyalardan məlumatlı olub onlardan tədris prosesində tətbiq etməyi bacarmaq.

Təqdimat və ictimai çıxış:

  • Maraqlı və məlumatlandırıcı təqdimatlar etmək bacarığı.
  • Tələblər qarşısında, ehtiyac olduqda isə kursdan kənar konfrans və seminarlarda rahat çıxış etməyi bacarmaq.

Ümumi tələblər:

  • Etik davranışa əməl etmə və tələbələrə etik təcrübələri aşılamaq bacarığı.
  • Peşəkarlıq və müxtəlif sahələrdə kibertəhlükəsizliyin əhəmiyyətini yaxşı başa düşmək.
  • Biliklərini davamlı olaraq yeniləmək.
  • Müxtəlif İT forumlarda, konfranslarda və tədbirlərdə fəal iştirak alqışlanır.
  • Daha əvvəl təlim və tədris təcrübəsi varsa bu alqışlanandır, amma ciddi tələb deyildir.

Əmək haqqı qənaətbəxşdir.

Müraciət üçün CV-nizi e-mail ünvanına “Linux Instructor” başlığında göndərməyiniz xahiş olunur.

Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.