ML (Süni Zəka) üzrə Analitik

  • Coders Azerbaijan
  • Elanın qoyulma tarixi: 28.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Texniki tələblər:

  • Reallaşdırılmış sistemlərə, proqramlara maşın öyrənilməsi modelləri tətbiqində real təcrübə.
  • Python, R kimi proqramlaşdırma dillərində və TensorFlow, PyTorch, scikit-learn kimi maşın öyrənilməsi kitabxanalarından istifadə etmək bacarığı.
  • Cloud platformaları və big data texnologiyaları ilə tanışlıq üstünlükdür.
  • Problem həll etmə bacarığı və sürətli iş tərzində həm müstəqil, həm də əməkdaşlıq mühitində çalışmaq bacarığı.
  • Texniki olmayan tərəflərə müxtəlif texniki konseptləri izah edə bilmək üçün güclü kommunikasiya bacarığı.

Ümumi tələblər:

  • Ali təhsil 
  • Hərbi mükəlləfiyyətli (arzu olunandır)
  • Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı
  • Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili
  • Xarici dil bilikləri arzuolunandır

Şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Məsuliyyətlilik
  • Etibarlılıq və dürüstlük
  • İnkişafa yönümlü və innovativlik
  • Operativlik və çeviklik
  • Təşəbbüskarlıq və təşkilatçılıq
  • Sərbəst qərar vermə bacarığı
  • Komanda işi

Bizimlə çalışmağın üstünlükləri:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı
  • Karyera irəliləyişlərində yaradılan imkanlar
  • Ölkədaxili və xarici təlimlərdə iştirak

 Əmək haqqı müsahibə əsasında (namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq)

Müraciət üçün CV-nizi  e-mail ünvanına “ML analytics” başlığında göndərməyiniz xahiş olunur

Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Coders Azerbaijan tərəfindən digər vakansiyalar