PHP Instructor

  • Coders Azerbaijan
  • Elanın qoyulma tarixi: 29.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təhsil və ixtisaslaşma:

  • Ali təhsil (İnformasiya texnologiyaları, Komputer mühəndisliyi, Tətbiqi riyaziyyat və kibernetika sahələri üzrə olması arzuolunandır);
  • Azərbaycan dili səlis (ingilis dili və rus dili bilikləri arzuolunandır);

Peşəkar təcrübə:

  • Sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;

Tədris və Ünsiyyət Bacarıqları:

  • Bilik və bacarıq səviyyələri fərqli olan tələbələrə mürəkkəb texniki anlayışları effektiv şəkildə çatdırmaq üçün güclü ünsiyyət bacarıqları.
  • Tədris metodunda müxtəlif öyrənmə üsullarından istifadə etmək, dərsləri cəlbedici və interaktiv təşkil etmək bacarığı.
  • Davamlı şəkildə tələbələrin öyrənmə prosesini dəstəkləmək, onların suallarını cavablayarkən və üzləşdikləri problemləri həll edərkən səbr nümayiş etdirmək.
  • Tələbələrin problemlərini həll etmək və suallarına effektiv cavab vermək üçün güclü problem həll etmə bacarıqları.

Tədris proqramının hazırlanması:

  • Mühazirələr, tapşırıqlar, laboratoriyalar, yoxlama sualları və layihələr daxil olmaqla kursu materiallarının layihələndirilməsi və hazırlanması bacarıqları.
  • Sürətlə dəyişən sahəsinin davamlı təqib etmək, ən son tendensiyaları və texnologiyaları tədris planına inteqrasiya etməyi bacarmaq.

Təqdimat və ictimai çıxış:

  • Maraqlı və məlumatlandırıcı təqdimatlar etmək bacarığı.
  • Tələblər qarşısında, ehtiyac olduqda isə kursdan kənar konfrans və seminarlarda rahat çıxış etməyi bacarmaq.

Texniki Bacarıqlar:

  • PHP, MySQL, HTML, CSS, JavaScript (Ajax, jQuery) bilikləri.
  • OOP, MVC üzrə biliklər mütləqdir.
  • Layihələri müstəqil idarə etmək bacarığı
  • Başqasının kodunu başa düşmək bacarığı.
  • Git ilə işləmək bacarığı;
  • Linux üzrə baza bilikləri
  • Texniki səviyyədə ingilis dili.
  • Səliqəli və oxunaqlı kod yazmaq bacarığı
  • Məsuliyyətlik
  • Dəqiqlik.

 Ümumi tələblər:

  • Etik davranışa əməl etmə və tələbələrə etik təcrübələri aşılamaq bacarığı.
  • Biliklərin davamlı olaraq yeniləmək.
  • Daha əvvəl təlim və tədris təcrübəsi arzuolunandır 

İş şəraiti:

  • Dərsin başlama saatı 13:00, 14:00, 16:00 və ya 17:00 (namizədə vaxt seçilə bilər)  
  • Dərsin müddəti 90 dəqiqədir
  • Tədris müddəti 6 ay
  • Əmək haqqı müsahibə zamanı razılaşma yolu ilə
  • Əmək haqqı qənaətbəxşdir

Müraciət üçün CV-nizi e-mail ünvanına “PHP Instructor” başlığında göndərməyiniz xahiş olunur.

Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.