Kreditlərin satışı və rəsmiləşdirilməsi şöbəsi üzrə mütəxəssis

  • Premium Bank
  • Elanın qoyulma tarixi: 18.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;
  • Daxil olan müraciətlərin vaxtında icra olunması və müvafiq sənədlərin tərtib olunması;
  • Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
  • Kredit əməliyyatlarının tam sənədləşməsi;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli sənədlərinin tələblərini bilməlidir.

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzu olunandır);
  • Ən azı 2 il bank iş təcrübəsi;
  • 22-35 yaşlarda bəy namizədlər;
  • Satış bacarığına malik olmalı;
  • Komandada və müştərilərlə işləmək bacarıqları;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır
  • Ofis proqramlarında işləmək bacarığı olmalı.

İş şəraiti:

  • AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə 
  • İş saatı 09:00-dan 18:00-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri
  • Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 30.09.2023-cü il tarixinədək göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Kredit departamentinin “Kreditlərin satışı və rəsmiləşdirilməsi” şöbəsinin mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.