Beynəlxalq Satınalma və Logistika üzrə Mütəxəssis

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: Müvafiq vəzifədə minimum 1 il
  • Dil bilikləri: İngilis, Rus və Azərbaycan dilləri – sərbəst (şifahi və yazılı) – Əsas Rus dili
  • Əmək haqqı: İlkin 1000 azn (namizədin təcrübəsindən asılı olaraq artandır)

Vəzifə öhdəlikləri:

  • Xarici bazar üzrə araşdırma, qiymətləndirmə aparmaq və optimallaşdırmaq üçün təkliflər vermək;
  • Yüksək şifahi və yazılı  kommunikasiya səviyyəsi
  • Daşınmaların təşkili üçün effektiv və sərfəli yolların araşdırılması
  • Material və məhsulların texniki məlumatlarının araşdırılması və müqayisə olunması;
  • Müvafiq hesabatların hazırlanması
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
  • Material və məhsulların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
  • Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
  • Daxil olan satınalma sifarişlərinin vaxtında və keyfiyyətli həyata keçirmək
  • Müqavilələrin bağlanması, şərtlərin müəyyən edilməsi və öhdəliklərin vaxtında icra edilməsini kontrol etmək
  • Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar
  • Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
  • Tədarük prosesində maneələrin, problemlərin aradan qaldırılması və koordinasiyası.

Rəqabətli əmək haqqı

Karyera imkanları

AR Əmək qanunveriliyi üzrə sənədləşmə

5 gün 09:00-18:00

Şənbə günü 09:00-15:00

Maraqlanan namizədlər mövzuda “Xarici satınalma üzrə mütəxəsis” və əmək haqqı iddiasını qeyd etməklə CV-lərini e-mail ünvanına göndərsinlər.