Kreditləşmə üzrə Məhsul Sahibi (KİB)

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 14.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Təşkilatın bütün iştirakçıları ilə əməkdaşlıq edərək kredit məhsulunun strategiyasını və yol xəritəsini inkişaf və icra olunması,
  • Müştəri ehtiyacları, bazar tendensiyaları və biznes məqsədləri əsasında məhsulun xüsusiyyətləri, istifadəçi hekayələri və qəbul kriteriyalarının müəyyən edilməsi və prioritet edilməsi,
  • Məhsulları təkmilləşdirmək və innovasiya imkanlarını müəyyənləşdirmək üçün bazar araşdırmalarının aparılması, müştəri fikirlərinin təhlil edilməsi və rəqabət mənzərəsinə nəzarət edilməsi,
  • Məhsulun inkişafı və həyata keçirilməsinin biznes məqsədləri və müştəri ehtiyacları ilə eyniləşdirilməsi üçün, KİB, Kredit Əməliyyatları, Risklərin İdarə Edilməsi və Marketinq daxil olmaqla, cross funksiyalı komandalarla əməkdaşlıq edilməsi.
  • Agile mərasimlərin keçirilməsi və məhsulun Backlog, Sprint planlaşdırma, və periodik Stand-up’larının idarə edilməsi, bununla yanaşı, inkişaf komandasının yüksək keyfiyyətli məhsulların verilən büdcə və zaman çərçivəsində çatdırılmasının təmin olunması,
  • İstifadəçi hekayələrinin yaxşı müəyyən edilməsi və üstünlük təşkil etməsinin təmin olunması, həmçinin məhsul tələblərinin saflaşdırması üçün inkişaf komandası ilə əməkdaşlıq edilməsi,
  • Məhsulların sınaq və təsdiqində iştirak edilməsi, məhsulların keyfiyyət standartlarına, normativ tələblərə və müştərilərin gözləntilərinə uyğun olmasının təmin edilməsi,
  • İstifadəçi kitabçaları, təlim materialları və məhsul bələdçiləri də daxil olmaqla məhsulun sənədləşmə prosesinin inkişaf etdirilib təmin olunması,
  • Daxili və xarici hüquqi şəxslərə, o cümlədən satış qruplarına, müştəri xidmətləri nümayəndələrinə və müştərilərə kreditləşmə məhsulları və xidmətləri ilə bağlı təlim və dəstəyin təmin olunması,
  • Məhsulların performansı, istifadə və gəlirliliyinə nəzarət edilməsi, rəhbərliyə müntəzəm hesabatlar və fikirlərin təqdim olunması,
  • Kreditləşmə və maliyyə xidmətləri sektorlarında sənaye trendləri, normativ dəyişikliklər, texnoloji irəliləyişlərlə gündəmdə qalması.

Sizdən nə tələb olunur?

  • Biznes, maliyyə və müvafiq sahələr üzrə bakalavr dərəcəsi. 
  • Məhsulların idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi, bank, telekommunikasiya və ya maliyyə xidmətləri sahəsində olmağı üstünlükdür.
  • Korporativ kreditləşmə, anderriytinq və kredit risklərinin idarə edilməsi də daxil olmaqla məhsul və xidmətlərin kreditləşdirilməsi haqqında güclü anlayış. 
  • Məhsul strategiyalarını inkişaf etdirmək və icra etmək, məhsul xüsusiyyətlərinə üstünlük vermək və məhsulun yol xəritələsini idarə etmək bacarığın nümayiş etdirilməsi.
  • Cross funksional Agile mühitində işləmək, məhsulların zaman və büdcə çərçivəsində çatdırılması üzrə təcrübənin olması,
  • Mükəmməl ünsiyyət, şəxsiyyətlərarası və liderlik bacarığı.
  • Güclü analitik, problem həll etmə və qərar qəbul etmə bacarığı.
  • Sürətli və çevik Agile mühitində işləmə bacarığı.
  • Jira, Confluence və oxşar proqramlar kimi məhsulların idarə edilməsi alətlərində işləmə bacarığı.
  • Layihə idarəetməsi üzrə sertifikatların olması arzuolunandır.

İşəgötürənin reytinqi