Məhsul Sahibi

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 13.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Rəqəmsal kreditləşdirmə dəyər təklifi və biznes prosesi strategiyaları ilə bağlı işlərin işlənib hazırlanması və icrası
  • Məhsul strategiyasının epic/tapşırıqlara çevirməsi və əldə olunan dəyərin maksimallaşdırılması istiqamətində prioritetləşdirilməsi; 
  • Prioritet epic/story-lərin həyata keçirilməsinə və satış üçün maneələrin aradan qaldırılmasına diqqət yetirmək.
  • Məhsulun bank sistemlərində səliş işinin təmin olunması
  • Rəqəmsal maliyyələşmə məhsullarının biznes məqsədlərinə çatmaq üçün strategiyanın icrası;  
  • Sənədlərin, kompüterlərin, faylların və bütün məxfi məsələlərin bankdaxili nəzərdə tutulduğu kimi müvafiq qaydada idarə olunmasını təmin etməklə həssas müştəri və bank məlumatlarının qoruyunması.
  • Fırıldaqçılığın qarşısının alınması.
  • Rəqabətlilik mənzərəsini başa düşmək və kredit biznesində bank imkanlarını müəyyən etmək üçün bazarın araşdırılması.
  • Bank prosedurlarına uyğunluq.
  • Mütəmadi olaraq hesabat vermək və rəhbər tərəfindən verilən digər tapşırıqların icrası

Sizdən nə tələb olunur?

  • Təcrübə: 2 il məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT)
  • Biliklər:
  • Güclü analitik və texniki bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı
  • Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı
  • Komandada işləmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Konfliktlərin idarəedilməsi;
  • Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
  • Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqların olması;
  • Dil bilikləri: Azərbaycan diliı İngilis dili (orta)
  • Coding və mobil applikasiyalar üzrə təcrübə arzuolunandır

İşəgötürənin reytinqi