İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin müdir müavini

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 12.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Tabeçiliyində olan İKT sektorlarının fəaliyyətinə nəzarət, onlara dəstəyin göstərilməsi;
  • Cəmiyyətin İKT sahəsində siyasətini, habelə prosedurlarını və qaydalarını hazırlamaq;
  • Cəmiyyətin informasiya sistemlərinə və onun fəaliyyətinə aid layihə sənədlərini, texniki tapşırıqları və xərclər smetasını hazırlamaq;
  • İKT şöbəsinə aid bütün layihələrin idarəolunması;
  • Problemlərin həlli üçün podratçılarla qarşılıqlı əlaqələrin yaradılması;
  • Layihələrin effektiv icrası üçün, habelə İKT tərəfindən təqdim olunan xidmət səviyyəsinin artırılması məqsədilə Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı əlaqələrin yaradılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Müxtəlif HA sistemləri, virtualizasiya sistemləri (VCSA/Hyper-V), Windows və Linux server tipli ƏS, şəbəkə avadanlıqları (router, switch, ngfw), mail server (exchange, kerio), backup sistemləri (veeam, nakivo), korporativ AV sistemləri (eset
  • endpoint, symantec) və rəqəmsal telefoniya (3CX, oktell, asterisk) sistemləri üzrə administrator səviyyəsində dərin biliklər;
  • İT Security üzrə nəzəri biliklər;
  • LAN/WAN, VPN texnologiyaları üzrə dərin biliklər;
  • Monitorinq alətləri (zabbix, prtg, adaudit və s.) üzrə təcrübə;
  • Müxtəlif iri həcmli İKT infrastruktur layihələrinin icrası üzrə dərin biliklər və təcrübə;
  • Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə tələb olunur;
  • Əməkdaşlıq, davamlı inkişaf, məsuliyyət, vizyon, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali Təhsil.
  • Sistem və ya şəbəkə inzibatçısı kimi ən azı 5 il, idarəetmə təcrübəsi - ən azı 2 il tələb olunur.

İş qrafiki:

  • İş saatları: 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günüdür.

İşəgötürənin reytinqi