İşin təsviri
Əgər siz:
- müştərilərlə konstruktiv və etibarlı münasibətlər qurmağı bilir,
- layihə və insanların idarə edilməsi mövzusu ilə maraqlanır,
- şəxsi və komanda məqsədlərinə çatmaq üçün işləməyə hazırsansa,
və sizdə:
- yeni təcrübəyə açıqlıq,
- təşkilatçılıq,
- ünsiyyətcillik,
- müştərilərin ehtiyac və gözləntilərini anlamaq,
- inam və əzmkarlıq varsa,
O zaman siz bizimlə olmağa hazırsınız:
- layihələrin idarə edilməsi sahəsində təlim proqramları və konsaltinq üçün korporativ müştərilərin cəlb edilməsi,
- tədris qruplarının təşkili və tədris prosesinin dəstəklənməsi,
- əlaqədar şəxslərin korporativ məlumat bazasının formalaşdırılması,
- işgüzar yazışmaların və danışıqların aparılması,
- müqavilələrin, təlim cədvəllərinin və digər biznes sənədlərinin qeydiyyatı.
Sizə təklif edirik:
- çevik iş qrafiki,
- həvəsləndirici əmək haqqı,
- məhdudiyyətsiz inkişaf perspektivləri.
Sizdən gözləyirik:
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti, ingilis dili biliyi arzuolunandır,
- Microsoft Word, Excel, PowerPoint proqramlarını yaxşı bilmək,
- Ali/natamam ali təhsil,
- Minimum 2 il iş təcrübəsi.
Komandamıza qoşulun!
CV-nizi e-mail ünvanında gözləyirik.