Kart Sistemləri üzrə Administrator

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 08.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Prosessing sistemində və onunla əlaqəli digər program təminatlarında baş verən problemlərin analizi və həllinin təmin edilməsi. 
  • Prosessing vendoru ilə danışıqların aparılması
  • İşlə əlaqədar olaraq digər komandalarla çalışmaq, problemlərin operativ və dəqiq həllini təmin etmək.
  • Mövcud sistemlərin, həmçinin yeni yaradılacaq məhsulların sxema və işləmə prinsiplərinin sənədləşdirilməsi.
  • ECOMM-rın qoşulması və sonraki dəstəyi
  • OS ilə əlaqəli inzibatı tapşırıqları yerinə yetirmək (Linux/Windows idarə edilməsi).
  • Testləşdirmə və sistem yeniliklərinin tətbiqi

Sizdən nə tələb olunur?

  • Linuks əməliyyat sistemində əsas anlayışlar
  • SELECT səviyyəsində SQL sorğulama dili bilikləri
  • VİSA və MASTERCARD ödəmə isstemləri haqqında ümumi anlayış
  • Texniki sənədləri oxuyub anlayacaq, lazım gəldikdə beynəlxalq ödəmə sistemləri və program təminatı vendoru ilə əlaqə yarada biləcək qədər İngilis dili biliyi
  • Güclü ünsiyyət qurma və sistematik problemləri həll etmə bacarığı
  • Analitik düşüncə və fövqəladə hallara reaksiya vermə qabiliyyəti
  • JİRA ilə işləmə bacarığı
  • ISO 8583 billikləri
  • ECOMM və 3DSv2 billikləri
  • Təhsil: Kompüter Elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: Minimum 3 il iş təcrübəsi

Bunlar üstünlükdür:

  • Prosessing sahəsində iş təcrübəsi, xüsusilə TİETO program təminatı üzrə, Way4, Tsys, Compass Plus, SmartVista və digərləri də ola bilər
  • Böyük həcmli loglar və data ilə işləmə prinsipləri
  • Proses avtomatlaşdırma və skripting üzrə təcrübə
  • Oracle verilənlər bazası idarəetməsində ilkin biliklər
  • Python üzrə əsas anlayışlar.

İşəgötürənin reytinqi