Məhsul sahibi

  • eManat
  • Elanın qoyulma tarixi: 04.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə qoyulan tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Güclü empatiya və soft skill bacarıqları (komunikasiya və s.) 
  • Güclü liderlik və  komanda ilə ünsiyyət bacarıqları;
  • Problemləri həll etmə bacarığı (troubleshooting);
  • Konfliktlərin idarəedilməsi;
  • “Design thinking” üzrə biliklərə sahib olmaq;
  • Agile mindset və metodologiyalar üzrə təcrübə;
  • Güclü analitik və texniki bacarıqlar;
  • JİRA, RedMine və s. müvafiq sistemlərdə işləmə təcrübəsi;
  • Postman, SoapUI, REST üzrə biliklər arzuolunandır;
  • Texniki sənədlərin tərtibi bacarığı;
  • Word, Excel, PowerPoint bilikləri;
  • Ali təhsil;
  • Dil bilikləri:  İngilis dili – B2 (Intermediate) ; Rus dili – B2 (Intermediate);

Namizədlərin nəzərinə: Müsahibə zamanı ilk öncə soft skill daha sonra isə hard skill dəyərləndiriləcək. 

Vəzifə öhdəlikləri:

  • Məhsulların inkişafı üzrə prosesə rəhbərlik etmək;
  • Provayderlərin və ya xidmətlərin terminallara inteqrasiya olunması, mövcud xidmətlər üzrə dəyişiklik tələblərinin icra edilməsi üzrə işlərin Product Backlog-a daxil edilməsi və Product backlog-un idarə olunması;
  • Müşahidə və araşdırmalar əsasında istifadəçi istək, tələb və vərdişlərini nəzərə almaqla texniki tapşırıq əsasında optimal, aydın və anlaşıqlı user story-lərin tərtib olunması;
  • Maraqlı tərəflərin tələblərinin komanda üzvlərinə aydın şəkildə izah edilməsi;
  • Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Məhsullarla bağlı gedişatı izləmək, qiymətləndirmək və qəbul testlərinin nəticəsini təsdiq etmək;
  • Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və analitik komandalarına dəstək vermək;
  • Relizlərin tərkibini və vaxtını planlaşdırmaq;
  • Yayımlanan yenilik və dəyişikliklərlə bağlı məlumatları maraqlı tərəflərlə bölüşmək;

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində Məhsul sahibi” yazılmalıdır.

İşəgötürənin reytinqi