İR Meneceri

  • Bafco İnvest
  • Elanın qoyulma tarixi: 04.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • E-mas və e-gov sistemlərində bütün əməliyyatların icra edilməsi
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqların hazırlanması, əmək müqavilələrinin hazırlanması
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
  • İşçilərin məzuniyyət, ezamiyyə, icazə sənədlərinin, xəstəlik vərəqələri üzrə sənədlərin, protokolların hazırlanması
  • Müvafiq proqramda işçilərin məlumatlarının uçotu, dəyişdirilməsi və müxtəlif növ əmrlərin hazırlanması 
  • Qanunvericiliyə əsasən işçilər haqqında şəxsi məlumat, ödəniş, müavinət, vergi məlumatı, davamiyyət, iş icrasının qiymətləndirilməsi, işlərinə yekun verilməsi və bunun səbəbləri kimi məlumatların hazırlanıb qeyd olunması 
  • Əmək kitabçalarında müvafiq qeydləri aparmaq   
  • Vakansiya profilinə uyğun olaraq şirkət üçün lazım olan mütəxəssislərin effektiv axtarışı və seçilməsi
  • Müsahibələrin təşkili, namizədlər haqqında məlumatların qiymətləndirilməsi və yoxlanılması
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması 
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması
  • İşçi bazanın yaradılması ( 100-120 əməkdaş , 3 fərqli hüquqi şəxs )
  • Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi                           

Namizədə tələblər:

  • Ali təhsil 
  • AR Əmək Məcəlləsini əla səviyyədə bilmək 
  • 1C proqramı üzrə biliklər
  • Müvafiq sahə üzrə iş təcrübəsi: 3-4 il 
  • Microsoft Office-dən istifadə bacarığı
  • Azərbaycan dili əla, rus və ingilis dili orta səviyyədə 
  • Yüksək ünsiyyət qurmaq bacarıqları

Əlavə məlumat:

  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri: Ağdam Sənayə Parkı və Bakı ofisi

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İ/R Meneceri” və əmək haqqı üzrə gözləntini yazaraq, 20.09.2023 – ci il tarixinədək göndərilməsi xahiş olunur.