SƏTƏM üzrə Rəhbər

  • Star Mining LLC
  • Elanın qoyulma tarixi: 04.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş həddi:27-40
  • Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
  • İngilis dilini bilməsi arzu olunandır 
  • Office  proqramlarında peşəkar işləmək bacarığı
  • Komandada işləmək bacarığı 
  • İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik
  • Yüksək idarəetmə qabiliyyəti 
  • İşinə məsuliyyətli yanaşma

Vəzifə təlimatı:

  • Əmək qanunvericiliyinə, təhlükəsiz qayda və  normalarına, standartlara və digər normativ sənədlərə  əməl olunmasına, müəssisənin, həmkarlar ittifaqları komitələrinin, nəzarət orqanlarının əmək mühafizəsinə dair əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. Müvafiq şöbə, xidmət və bölmələrin mühəndis texniki işçilərini cəlb etməklə ardıcıl olaraq sexlərdə, qurğularda və digər istehsalat bölmələrində əmək şəraitini yoxlayır, pozuntu və çatışmamazlıqları aşkar edir, onların aradan qaldırılmasına ölçü götürür.
  • Əməliyyatlar zamanı və Şirkətin ümumi fəaliyyətində peşəkar sağlamlıq və əməyin təhlükəsizliyiyi qaydalarına riayyət olunmasının təmin edilməsi;
  • Sıfır qəza nəticəsinin təmini məqsədi ilə bağlı fəal və məsuliyyətlə təbliğat aparmaq və ərazilərdə əməyin təhlükəsizliyinə riayyət edilməsinə nəzarət etmək;
  • Peşəkar Sağlamlıq və Əməyin Təhlükəsizliyi üzrə qayda və prosedurların hazırlaması və tətbiq edilməsinə dair məsuliyyət daşımaq;
  • Bütün layihələrə dair Peşəkar Sağlamlıq və Əməyin Təhlükəsizliyi Planları hazırlamaq və icrasını təmin etmək;
  • Subpodratçılar və Şirkət işçilərinin fəaliyyətlərini, eləcə də bütün iş ərazilərini daima yoxlamaq və işlərin təhlükəsizliyinə nəzarət etmək;
  • Əməyin Təhlükəsizliyi qaydaları ilə tanışlıq, alətlər barədə danışıqlar, Peşəkar Sağlamlıq və Əməyin Təhlükəsizliyi barədə görüşlər, iş öncəsi, qəza/ hadisə sonrası, həftəlik və digər zəruri görüşləri aparmaq;
  • Sağlamlıq və əməyin təhlükəsizliyi auditini aparmaq, müvafiq əməliyyatlara cəvabdeh olan menecerlər və subpodratçılar ilə birgə yoxlamalar aparmaq;
  • Yerli icmalar ilə iş və digər fəaliyyətlər baxımından Şirkətin ərazi menecerləri və subpodratçıların nümayəndələri ilə sıx əməkdaşlıq və əlaqədə işləmək;
  • Layihə Menecerləri və subpodratçılara Sağlamlıq və Əməyin Təhlükəsizliyi mövzusunda rəhbərlik və texniki dəstək təqdim etmək;
  • İşçi heyyəti, fəhlələr və ziyarətçilərə sağlamlıq və əməyin təhlükəsizliyi mövzusunda təlim proqramlarını hazırlamaq və həyata keçirmək;
  • Sağlamlıq və əməyin təhlükəsizliyi mövzusunda informasiya və qeydiyata alma sistemini təmin etmək;
  • Layihələr daxilində müsbət yönümlü rəhbərliyi təmin etmək və müasir təcrübələrin qəbulunu təşviq etmək;
  • Qəza/ hadisə araşdırma heyyətini idarə etmək və geniş araşdırma hesabatı təqdim etmək;
  • Peşə sağlamlığı və əməyin təhlükəsizliyi göstəricilərinin dəvamlı təkmilləşdirilməsi öhdəliyini nümayiş etdirmək.
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.

İş vaxtı: həftədə 5 gün, 08:00-dan 17:00-dək

İş yeri : Daşkəsən r., Çovdar  k.,

Əmək haqqı: 2000-2500 azn

Nahar şirkət tərəfindən verilir

İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Uyğun namizədlər CV formalarını mail-ə mövzu yerində SƏTƏM üzrə rəhbər” qeyd edərək göndərə bilərlər.