Marketinq menecer

  • Javiddo Group
  • Elanın qoyulma tarixi: 04.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məhsul spesifikasiyasına uyğun həm daxili həm də xarici bazarın araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatların hazırlanması;
  • Marketinq strategiyasının, marketing planının və büdcə planlamasının hazırlanması
  • Şirkətin yerli və xarici bazarda mövqeyini müəyyənləşdirmək, satış qiymətləri, marketinq komunikasiyaları metodlarının analizi;
  • Potensial bazarları və məhsula olan tələbata təsir edən amilləri müəyyən etmək üçün müştəri ehtiyaclarının analizi və hesabatın hazırlanması;
  • İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirmək;
  • Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak;
  • Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
  • Kommunikasiya vasitələri üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması.
  • Satış komandası ilə işləyərək daxili və xarici müştərilər ilə əlaqələrin qurulması və davam etdirilməsi (Səlis və Səmərəli Ünsiyyət);
  • Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri, mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparmaq;
  • Bütün fəaliyyətlər zamanı qarşıya qoyulmuş məqsədlərə nail olduğuna və layihələrin əvvəlcədən müəyyən edilmiş büdcə daxilində icra edildiyinə əmin olmaq, marketinq komandasının peşəkar inkişafını təmin etmək, lazım olduqda marketinq xidmətlərinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
  • Potensial müştəri ehtiyaclarını müəyyən etmək, müştəri seçimlərini araşdırmaq və müvafiq məhsul və ya xidmətləri tövsiyə etmək
  • Uğurlu marketinq kampaniyalarını işləyib hazırlamaq və trendlərə uyğunlaşmaq;
  • Sosial media üçün aylıq post planının hazırlanması üçün lazımi məlumatları vermək
  • Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflər verilməsi;
  • Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini;
  • Xərclərin aylıq və ya rüblük hesabatlarının hazırlanması;

Tələblər:

  • Marketinq, iqtisadiyyat sahələri üzrə ali təhsil;
  • Təcrübə: minimum 3 il (İnvestisiya sahəsi üzrə üstünlükdür);
  • Marketinq üzrə sertifikatlar;
  • Dil bilikləri: Azərbaycan Dili , Rus Dili və İngilis dili;
  • Microsof Office programlarında səlis istifadə
  • Rəqəmsal marketinq üzrə biliklər (SEO, SEM, SMM, Meta);
  • Yaxşı ünsiyyət bacarıqları, komandanı idarə etmək bacarığı;
  • Yaradıcı və təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək qabiliyyəti;
  • Təqdimat bacarıqları, layihələrin idarə edilməsi bacarığı.

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun sənədləşmə 
  • İş vaxtı: 5 günlük ,istirahət günü :şənbə və bazar 
  • Əmək haqqı müsahibə əsasında namizədə uyğun təyin olunacaqdır (1500-2500 manat)

Maraqlanan şəxslər elektron məktub başlığında “Marketinq Direktor” qeyd etməklə öz CV-lərini mail ünvanına göndərə bilərlər.