Satış Təmsilçisi (Avtomobil Ehtiyyat Hissələri)

  • Javiddo Group
  • Elanın qoyulma tarixi: 10.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin təqdim etdiyi avtomobil ehtiyat hissələrinin satışını həyata keçirmək və bazarda tanıtmaq;
  • Mövcud müştəri bazası ilə işləmək və yeni müştərilər cəlb etmək;
  • Müştərilərə məhsullar haqqında peşəkar məsləhətlər vermək və ehtiyaclarına uyğun həllər təklif etmək;
  • Satış planını icra etmək və müəyyən olunmuş hədəflərə çatmaq;
  • Sifarişlərin qəbul edilməsi və icrasına nəzarət etmək;
  • Bazar araşdırmaları aparmaq və potensial müştərilər haqqında məlumat toplamaq;
  • Satış prosesini izləmək və mütəmadi hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Satış sahəsində təcrübə (Avtomobil ehtiyat hissələri sahəsində satış üzrə təcrübəsi olanlara üstünlük veriləcək);
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması vacibdir;
  • Müştərilərlə ünsiyyət və təqdimat bacarıqları yüksək olmalıdır;
  • Azərbaycan dilində sərbəst danışmaq (Rus dili biliyi üstünlükdür);
  • Məsuliyyətli, çevik və satış hədəflərinə fokuslanan.

Şirkət təklif edir:

  • Rəqabətədavamlı əmək haqqı (razılaşma əsasında);
  • Nahar,yanacaq, avtomobil amortizasiya və korporativ nomre +danisiq limiti  xərclərinin şirkət tərəfindən qarşılanması;
  • İş rejimi: Bazar ertəsi – Cümə (09:00-18:00),Şənbə (09:00 - 16:00)
  • Karyera inkişafı və satış sahəsində peşəkar təcrübə qazanmaq imkanı;
  • Motivasiyaedici iş mühiti və dinamik komanda.

 Müraciət etmək üçün CV-nizi Müraciət et butonunda qeyd edilən göndərə bilərsiniz.
 Ünvan: Xırdalan, Aşıq Şəmşir 33