3D motion dizayner

  • Javiddo Group
  • Elanın qoyulma tarixi: 12.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəlikləri:

  • Sosial media paylaşımları, reklamlar, marketinq kampaniyaları üçün yaradıcı qrafik və motion dizaynların hazırlanması.
  • Kreativ komanda ilə davamlı iş birliyi və dizayn konseptlərinin həyata keçirilməsi.
  • Məhsulların qutularının və qutu ilə bağlı elementlərin hazırlanması, UV mapping-i və renderi
  • Məhsulların keyfiyyətli teksturlaşdırılması, səhnənin yaradılması, işıqlandırılması, kompozitinq
  • Animasiya açarlarının işlənməsi
  • Verilmiş təlimatlar / informasiya əsasında dizayn işlərinin (banner, vinil, vizitka, buklet, flayer, kataloq, logolar, etiket yazıları və s.) vaxtında və keyfiyyətlə yerinə yetirmək.
  • Trendləri izləmək və yenilikçi motion dizayn texnikalarını mənimsəyərək, ərsəyə gətirilən məzmunlarda tətbiqini təmin etmək.
  • 3D məkanda kamera və zərrəcik animasiyası və simulyasiya edə bilməsi arzuolunandır

Bacarıqları(Hard skills):

  • Müvafiq vəzifədə ən az 3 il təcrübə
  • Aşağıdakı proqramlar ilə işləməyi bacarmaq:
  • 3DS Max
  • Cinema 4D
  • Blender
  • Keyshot
  • Substance 3D Painter (arzu olunandır)
  • Adobe After Effects
  • Adobe Premiere Pro (arzu olunandır)
  • Adobe Photoshop
  • Adobe Lightroom (arzu olunandır)
  • Aşağıdakı render proqramları ilə işləməyi bacarmaq:
  • V-Ray Render
  • Octane Render.
  • Eevee (arzu olunandır)
  • Redshift (arzu olunandır)
  • Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dilini bilməsi isə arzuolunandır
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı

Özəllikləri(Soft skills):

  • Məntiqi və kritik düşüncəyə sahib olmaq
  • Tapşırıqları marketinq nöqteyi-nəzərdən görüb, tətbiq etməsi
  • Vaxt idarəetməsi (time management)
  • Müxtəlif tapşırıqlar üçün adaptasiya qabiliyyəti və dünyagörüşü

İş haqda məlumat:

  • 5 günlük iş qrafiki 09:00-dan - 19:00-dək
  • Aylıq sabit əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək.(1200-1500 AZN)
  • Nahar şirkət tərəfindən verilir. Nahar fasiləsi 13:00-dan - 14:00-dək
  • Ünvan: Xırdalan dairəsi, Aşıq Şəmşir küç., 33

Qeyd olunan tələblərə cavab verən namizədlər CV`lərini “3D motion designer” başlığı ilə elektron ünvanına göndərə bilərlər

Biz bacarıqlı bir 3D Motion Designer axtarırıq ki, ideya və layihələrimizi vizual şəkildə təqdim edə bilsin. Əgər siz 3D modelləşdirmə, animasiya və render sahəsində təcrübəlisinizsə və komandamıza töhfənizi təqdim etməyə hazırsınızsa, sizi gözləyirik!