Satınalmalar üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İllik satınalma planının hazırlanması və qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsi
  • İdarənin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşməsində iştirak etmək
  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və  müvafiq formanın təsdiq etdirilməsi
  • Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi
  • İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi
  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi
  • Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması
  • Tenderin nəticəsi ilə bağlı bildirişin və  müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi
  • Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması.
  • Satınalma müqavilələrinin hazırlanması,  təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması.
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması
  • Dövlət satınalmaları haqqında qanunun tələbləri nəzərə alınmaqla il ərzində eyni kateqoriyadan olan malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət etmək
  • Agentlikdə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması
  • Xərclərin azaldılması məqsədilə təkliflər vermək
  • Agentliyin büdcə layihəsinin hazırlanmasında iştirak etmək
  • İnventarizasiya proseslərində iştirak etmək

Vakansiya ilə bağlı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • Dövlət satınalmaları sahəsində azı 2 illik iş təcrübəsi; 
  • Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
  • etender.gov.az portalından istifadə edə bilməli; 
  • Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
  • Word, Excel və 1C proqramları ilə işləmək bacarığı olmalıdır.

İş Şərtləri:

  • həftədə 5 iş günü;
  • İş saatları: 09:00-18:00;
  • əməkhaqqı 1000-1500 net; 
  • əmək haqqı və digər təminatlar müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “mütəxəssis yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq.