Kadr kargüzarlığı üzrə aparıcı mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 29.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi ilə əlaqədar müvafiq sənədləşmə prossesinin təmin edilməsi; 
  • Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin düzgünlüyünün yoxlanılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qorunmasının təmin edilməsi; 
  • Əmək müqaviləsinin İşəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması və əmək müqaviləsində digər dəyişikliklərin icrası zamanı müvafiq sənədləşmə prossesinin həyata keçirilməsi; 
  • Əmək müqaviləsi, əmr, və digər rəsmi sənədlərin uçotunun aparılması, sənədlərin saxlanılmasının təmin edilməsi; 
  • İşçilərin əmək fəaliyyəti haqqında sənədin, müvafiq haqq-hesab sənədlərinin tərtib olunması;
  • İşçi müraciətinə əsasən arayış, xasiyyətnamə və s. tərtib edilməsi; 
  • Kadr kargüzarlığına aid bütün növ əməliyyatların Əmək və Məşğulluq altsisteminə - ƏMAS daxil edilməsi və dəyişikliklər aparılmasının təmin edilməsi; 
  • Əməyin ödənilməsi normaları üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi; 
  • İşçilərə qanunvericilikdə nəzərdə tutulmuş hallarda təminatların verilməsinə dair müvafiq sənədləşmənin həyata keçirilməsi; 
  • Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına dair intizam tənbehinin verilməsi prossesinin tənzimlənməsi; 
  • Maddi məsuliyyət və onun həlli yolları üzrə sənədləşmənin həyata keçirilməsi; 
  • Kadr kargüzarlığına dair aylıq/rüblük/illik hesabatların hazırlanması və təqdim edilməsi; 
  • İş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin tənzimlənməsi;

Tələblər:

  • Ali təhsil; 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilmək; 
  • Kadr kargüzarlığı sahəsində 1-3 il təcrübəsi; 
  • MS office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli; 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə "Kadr kargüzarlığı üzrə aparıcı mütəxəssis" qeyd etməklə elektron ünvanına göndərə bilər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi