Marketinq şöbəsinin rəhbəri

İşin təsviri

Namizədə tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 5 il peşəkar iş təcrübəsi, xüsusən dijital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
  • Azərbaycan dilini səlist bilməli, Rus və İngilis dil bilikləri yüksək;
  • Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarla işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.);
  • Xidmət sahəsində və komandanın idarəedilməsində təcrübənin olması üstünlükdür;
  • Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Müştərilərin ehtiyacları əsasında marketinq planlarının və strategiyalarının yaradılması;
  • Potensial müştəri ehtiyaclarını müəyyən etmək, müştəri seçimlərini araşdırmaq və müvafiq məhsul və ya xidmətləri tövsiyə etmək;
  • Turizm xidmətlərin satışının artırılması istiqamətində yeni kampaniyalar hazırlamaq və icrasını təşkil etmək, eyni zamanda marketinq kampaniyalarında istifadə oluna biləcək mövcud yenilikləri tədqiq etmək;
  • Uğurlu marketinq kampaniyalarını işləyib hazırlamaq və trendlərə uyğunlaşmaq;
  • Aylıq,illik hədəflərə çatmaq və liderliyi qoruyub saxlamaq;
  • Hədəf auditoriyanı müəyyən etmək və onları cəlb edən, məlumatlandıran rəqəmsal kampaniyalar  hazırlamaq;
  • Marketinq vә satış şöbәsinin gündәlik işinә operativ nәzarәt etmək

İş barədə məlumat:

  • İş günləri : Həftənin 5 iş günü tam
  • İş vaxtı: 09:00-dan 18:00-dək və ya 10:00-dan 19:00-dək 
  • Əmək haqqı: 2500-3000 AZN 
  • Ünvan: Altes plaza 20-ci mərtəbə, Baku Holiday Travel

Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində  “Marketinq şöbəsinin rəhbəri” qeyd etməklə CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.