Product Owner

İşin təsviri

Məhsul Sahibinə Tələbat: 

  • Məhsul Sahibi peşəsi son illərin ən çox gəlirli və tələbatlı peşələrindəndir. Rəqəmsal məhsullara ehtiyacın getdikcə artması bu peşə sahiblərinə ehtiyacı günbəgün artırır. 
  • Artıq yerli şirkətlərdə də bu vakansiyaların çoxaldığını görürük. 
  • Hər innovativ peşə kimi, Məhsul Sahibliyi üçün də formal universitet təhsili olmadığından bazarda kadr ehtiyacı alternativ peşələrdən kadr cəlb etmək ilə doldurulur.
  • Təkcə lokal deyil, qlobal tələblərə uyğun Məhsul Sahibi yetişdirmək üçün bazardakı peşəkar Məhsul Sahiblərini cəlb etdik. Onların biliyindən və təcrübəsindən faydalanmaq üçün bu tədbirə qoşulub bütün suallarınıza cavab tapa bilərsiniz. 

Əməkhaqqı aralığı: 

  • Junior Product Owner - 1000 AZN
  • Product Owner - 2000-2500 AZN 
  • Senior Product Owner - 7000 AZN 

Infoday-də nələr öyrənəcəksiniz?

  • Məhsul Sahibi olmaq üçün hansı bacarıqlara sahib olmalısan;
  • Bu sahənin ölkəmizdə və qlobalda hansı perspektivləri var;
  • Karyera imkanları və maaş aralıqları nələrdir;
  • Hazırda çalışdığın peşədən Məhsul Sahibliyinə necə keçir edə bilərsən;
  • Çalışdığın şirkət daxilində Məhsul Sahibi kimi necə yüksələ bilərsən. 

Elə indi qeydiyyatdan keç, iştirakçı sayı məhduddur.

Spikerlər: Məhsul Sahibi kimi 5 ildən artıq təcrübəyə sahib Şahruz Həsənli, Şahlar Dəmirli və. Asif Əliyev öz bilik və təcrübələrini sizinlə paylaşacaq. 

İşəgötürənin reytinqi