Dijital Satış Mütəxəssisi

İşin təsviri

Tələblər:

  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Yüksək satış qabiliyyətli,ünsiyyət bacarıqları,hədəfyönümlü olmaq
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Office programlarında işləmək bacarığı (xüsusilə excel və word)
  • Səliqəli, xoş görünüşlü və ünsiyyətcil
  • Vaxtı düzgün idarə etmə və analiz qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesablarından, saytından və digər kommunikasiya vasitələrindən daxil olan müraciətlərin cavablandırılması
  • Müraciətlərə dolğun cavabların verilməsi və konsultasiyaların təyin edilməsi.
  • Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Həyata keçirilən satışlara nəzarət, tələbələrin dərsə başlama tarixləri, qrup sayları və digər məsələlərin izlənməsi.
  • Şirkətin satış strategiyasına uyğun olaraq təyin olunan satış hədəflərinə çatılması,
  • Satışın həyata keçirilməsi, proses yekunlaşana qədər izlənilməsi və müştəri məmnuniyyətinin qorunub saxlanılması,
  • Müştəri bazasının formalaşdırılması və mövcud müştəri bazası ilə mütamadi olaraq işləmək,

Şərtlər:

  • Həftədə 5 gün (bazar ertəsi-cümə) iş günü
  • İş saatları - 10:00 - 18:00
  • Şənbə və bazar: istirahət günləri.

Əgər işinizə və sizə dəyər verilən və daim inkişaf edən iş mühitində yer almaq istəyirsinizsə CV-nizi e-mail ünvanına “Dijital Satış” başlığı ilə göndərin!

İşəgötürənin reytinqi