İşin təsviri
Tələblər:
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Yüksək satış qabiliyyətli,ünsiyyət bacarıqları,hədəfyönümlü olmaq
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Office programlarında işləmək bacarığı (xüsusilə excel və word)
- Səliqəli, xoş görünüşlü və ünsiyyətcil
- Vaxtı düzgün idarə etmə və analiz qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Şirkətin satış strategiyasına uyğun olaraq təyin olunan satış hədəflərinə çatılması,
- Müştəri bazasının formalaşdırılması və mövcud müştəri bazası ilə mütamadi olaraq işləmək,
- Yönləndirilmiş hesabatların hazırlanılması və təhvil verilməsi,
- Satışın həyata keçirilməsi, proses yekunlaşana qədər izlənilməsi və müştəri məmnuniyyətinin qorunub saxlanılması,
- Müştəri ilə olan konsultasiyanın gedişat planlamasının hazırlanması və bunu tətbiq etməsi.
Şərtlər:
- Həftədə 5 gün (bazar ertəsi-cümə) iş günü
- İş saatları - 10:00 - 18:00
- Şənbə və bazar: istirahət günləri
Əgər işinizə və sizə dəyər verilən və daim inkişaf edən iş mühitində yer almaq istəyirsinizsə CV-nizi e-mail ünvanına “Sales Manager” başlığı ilə göndərin!