Rəqəmsal Marketiq şöbəsində Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Rəsmi rəqəmsal kommunikasiya platformaların yaradılması və idarə olunması (Rəsmi veb səhifə və sosial şəbəkə səhifələr); 
  • Rəsmi rəqəmsal kommunikasiya platformaları üçün kontentin yaradılmasında və yerləşdirilməsində iştirak etmək (Rəsmi veb səhifə, mobil əlavə və sosial şəbəkə səhifələr); Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək; 
  • Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI / KPI və s.); 
  • Veb səhifənin texniki təhlili və admin hissədə işləmək; SEM və Facebook Pixel üzrə təcrübə, targeting bacarığı (Meta Ads və Google Ads); 
  • SEO işlərinin həyata keçirilməsi,texniki komanda ilə işləmək bacarığı; 
  • Google Analytics və Google Search Console ilə veb analizin aparılması, uyğun fəaliyyətinin planlaşdırılması; 
  • Email / sms marketinq kampaniyalarının yaradılması və analiz edilməsi.

Tələblər:

  • Ali (Marketinq, İqtisadiyyat, Biznesin təşkili və idarə olunması);
  • Ən azı 2 ildən çox rəqəmsal marketinq sahəsində iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan və Rus dili səlis (İngilis dili arzu olunandır);
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Task management);
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 23.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.