Minimum 3 il aparıcı mühasiblik təcrübəsi olmalı (Consulting şirkətində təcrübə arzuolunandır);
Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
1C 7.7-8.2 və ya Günəş mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
Vəzifələr:
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
Vergi və mühasibat uçotunun aparılması;
Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Debitor və kreditor hesablaşmaların aparılması;
Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
Mal-materialların uçotunun aparılması;
İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi.
Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
Məxfilik prinsiplərini pozmamaq.
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;;
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
%0
İNTEX Audit & Consulting tərəfindən digər vakansiyalar