İşin təsviri
Əmək funksiyası:
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;
- Bank ödənişlərinin həyata keçirilməsi;
- Hesab Fakturalarının, EVQF və digər maliyyə sənədlərinin tərtib olunması və göndərilməsi;
- ƏDV, Muzdlu işlə əlaqədar vahid bəyənnamə, ÖMV və statistika hesabatlarının hazırlanması;
- İdxal prosesinə aid bütün mərhələləri praktiki olaraq bilmək və nəzarət etmək;
- Digər gündəlik və aylıq əməliyyatların yerinə yetirilməsi;
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibat və ya İqtisadiyyat ixtisası üzrə)
- Yük gömrük bəyənnamələri ilə işləmək bacarığı
- Ən azı 2-3 il mühasib və ya baş mühasib kimi təcrübəsi olmalıdır
- 1C proqramını bilənlərə üstünlük veriləcək
- Azərbaycan dilində səlis, Rus dili (üstünlük)
- Microsoft Excel proqramından istifadə bacarığı
- Komanda daxilində çalışmaq bacarığı
- Məntiqi düşüncə və özünü yoxlamaq bacarığı
İş şəraiti:
- Əmək haqqı: namizədin bilik və bacarığına əsasən iş görüşməsi zamanı müəyyən olunacaq
- İş qrafiki: tam iş həftəsi (5 gün)
- İş saatları: 09:00-18:00
- İstirahət günləri: şənbə/bazar
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər. Zəhmət olmasa CV- də əmək haqqı gözləntinizi qeyd edin.