Maliyyəçi

İşin təsviri

Tələblər:

  • Mühasibatlıq / Maliyyə / İqtisadiyyat sahəsində universitet təhsili olmalı;
  • Minimum 3 il auditor və maliyyəçi təcrübəsi olmalı;
  • Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
  • Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı (yeni satınalma qanunlarına müvafiq);
  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
  • İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
  • 1C 8.3 mühasibat proqramlarında, Office proqramlarında (Excell, Word və s.) və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
  • Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
  • ACCA / CPA sertifikatları olanlara üstünlük veriləcək.
  • Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;

Vəzifələr:

  • Maliyyə hesabatlarının Auditini aparmaq, maliyyə hesabatları və auditin nəticəsinə dair məlumat hazırlamaq;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını təhlil etmək və nəticələr barədə hesabat hazırlamaq;
  • Gəlir və xərclərin təhlili (alış və satış qaimələri, əmək haqqı hesablama cədvəlləri, bank və kassa çıxarışları əsasında dövriyyə cədvəlinin yığılması, balansın hazırlanması);
  • Mühasibat uçotunun Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparılmasını təhlil etmək və nəzarət etmək;
  • Mal varlıqlarının (anbar və əsas vəsaitlər) inventarizasiyasını aparmaq və nəticələrə uyğun hesabat hazırlamaq;
  • Firmadaxili aylıq maliyyə hesabatlarını hazırlamaq;
  • Daxili nəzarət (audit);
  • Vergi risklərini proqnozlaşdırmaq və hesabat hazırlamaq;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını email adresinə göndərə bilərlər.

İNTEX Audit & Consulting tərəfindən digər vakansiyalar