Marketinq kommunikasiyaları üzrə menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Online və offline kommunikasiya kanallarıdan məsul və bütün dizayn işlərinin şirkətin koorporativ üslubuna uyğun olmasını təmin etmək.
  • Yeni yaradılan markaların trade və marketing planlarını təyinləşdirmək, qiymət siyasətini çıxarmaq, pre və post testlərini etmək.
  • Qablaşdırma dizaynlarının konseptlərinin idarəedilməsindən tutmuş medya strategiyasına qədər işlərin idarə edilməsi.
  • Marka imicini qaldırmaq, bazar payını böyütmək üçün marketing planı və strategiyalarının formalaşdırılması.
  • Rəqib analizi və bazar analizi kimi hesabatların hazırlanması.
  • Media bületenlərində, konfranslarda, sərgilərdə, tədbirlərdə iştirak etmək və PR agentlikləri ilə birlikdə işlərin idarə edilməsi.
  • Şirkətin kar/marjasını qaldırmaq üçün marketing büdcəsinin doğru idarə edilməsi, satış, AR-GE departamentləri ilə birlikdə işləmək və hər ay sonu görülən işlərin analizi və hesabatlarının rəhbərliyə təqdim edilməsi.
  • Marka aktivliyi, road map planlarının hazırlanması, icrası (yeni brand və trade marketing), marketing büdcəsinin hazırlanması
  • Uzun müddətli marka stragegiyalarının hazırlanması, koordinasiyası
  • Markaların bütün lansman işlərini koordinasiya etmək
  • ATL, BTL, PR, Digital kanallarda agentliklərlə işlərin koordinasiyası
  • Marka İmicinin qaldırılması
  • İstehlakçıların marka haqqındakı fikirləri, istehlakçı davranışları datasını əldə edib analiz etmək və yeni trendlərə uyğun yeni strategiyalar hazırlamaq.
  • Yeni məhsul konsepti, PL
  • Marka mövqeləndirməsi sahəsində işlər görmək
  • Medya satınalma, planlama
  • Ənənəvi və Digital kanallarda işlərin koordinasiyası

Tələblər:

  • İqtisadi və ya marketinq sahəsində ali təhsil;
  • Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
  • Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
  • Gərgin şəraitdə işləmə qabiliyyəti.
  • Analitik düşünmə qabiliyyətinə malik olmaq.

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində "Marketinq kommunikasiyaları üzrə menecer" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.