Satınalma üzrə assistent

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 08.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:   

  • Təhsil: Ali;  
  • İş təcrübəsi: Satınalma sahəsində təcrübə arzuolunandır;  
  • MS Office proqramları (Word, Excel) üzrə biliklər;  
  • 1C proqramı üzrə biliklər arzuolunandır.  

Vəzifə öhdəlikləri:  

  • Satınalma sifarişləri üzrə bazar araşdırmasının aparılmasında dəstəyin göstərilməsi; 
  • Sifarişin spesifikasiyasının dəqiqləşdirilməsi; 
  • Baza kriteriyaları üzrə sifarişlərin qruplaşdırılması; 
  • Tədarükçülərlə müqavilələrin hazırlanmasında dəstəyin göstərilməsi; 
  • Sifarişlərin statuslarının qeyd olunması; 
  • Mütəxəssislərin nəzarəti altında 1C əməliyyatlarının icra edilməsi;
  • Malların tədarükçüdən təhvil alınması və ofisə/anbara təhvil verilməsi;
  • Ödənişlə bağlı müraciətlərin edilməsi və ödənişə nəzarət edilməsi;
  • Kontragentlərlə ( Vendorlar ) bağlı hesabatların daxili prosedura uygun olaraq aparılması. 

İş şərtlərimiz:

  • Əmək haqqı: 554-637 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).  

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə assistent” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.